Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirib. 2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universitetinin Endokrinologiya və Metabolizma xəstəlikləri kafedrasında təhsil alıb. Samir Şükürov Təkmilləşdirmə İnstitunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metabolizma Dərnəyinin fəxri üzvü, Amerika və Avropa Endokrinologiya Cəmiyyətinin həqiqi üzvüdür.
2015-2017-ci ildə Avrasiya Hospitalda həkim endokrinoloq, 2017-2019-cu ildə HB Güvən Klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra baş həkimi vəzifəsində işləyib. 2019-2021-ci illərdə Ege Hospitalda baş direktor vəzifəsində çalışıb. 2021-2024-cü illərdə Medistyle Hospitalda baş direktor vəzifəsini icra edib.
Hazırda Avropa Beynəlxalq Hospitalda Baş direktor və Endokrinologiya və Metabolizma xəstəlikləri mütəxəssisi kimi fəaliyyətini davam etdirir.