Böyrəküstü vəzdə sintez olunan kortizol hormonunun həddindən artıq çox olması səbəbiylə ortya çıxır. Nadir xəstəlik sayılır və daha çox qadınlarda görülür.
Kuşing sindromun ən əsas səbəblərindən hipofiz və böyrəküstü vəzlərin şişləridir. Bundan əlavə hipofizdən asılı olmayan böyrəküstü vəz hormonlarının sekresiyasını stimulasiya edən başqa maddələrin ifraz olunmasıdır.
Əlamətlər: Çəkidə artma, arterial təzyiqin qalxması (hipertenziya), “ayabənzər” üz forması, boyun bölgəsində yağ toxumasının toplanması, dəridə çatlaqlar, üzdə qızarıqlıq, qadınlarda üz və bədəndə tüklənmə, qan şəkərinin qalxması, əzələ və sümüklərdə zəifləmə (osteoporoz), böyrək daşları, depressiya və yuxu pozğunluqları. Bu əlamətlər hamıda eyni olmaya bilər.
Kuşinq sindromunun aöırlaşmaları arasında ürək-damar xəstəlikləri, hipertenziya, şəkər xəstəliyi, xolesterol yüksəkliyi və buna bağlı xəstəliklər, köklük, osteoporoz, psixoloji pozğunluqlar və təkrarlanan mikrob xəstəlikləri yer alır.
Kuşinq sindromu diaqnozu qoymaq üçün şüphə altında olan insanalda kortizol səviyyəsi, deksametazon testi, hipofiz MRT müayinəsi, böyrəküstü vəzin KT müayinəsi kimi müəyyən testlər istənilir.
Müalicəsi: Hipofiz və böyrəküstü şişlərindən qaynaqlanan Kuşinq sindromu əməliyyat tələb edir. Uğurlu əməliyyatdan sonra 6-18 ay müddətində kortizol səviyyəsi normal düşür və simptomlar aradan qalxır.
Bəzi hipertenziya formalarının dərmansız mülicəsi mümkündür. Bunlardan birisi aldosteron yüksəkliyi ilə bağlı hipertenziyadır. Bəzi aldosteron yüksəkliyi səbəblərində isə həmişə dərman qəbul etmək lazımdır. Bunları ayırd etmək üçün bəzi testlər var. Duzun miqdarını az olması da aldosteron səviyyəsini artırır.
Aldosteron hipertenziya kimlərdə şüphələnilməlidir:
Feoxromasitoma hipertenziyanın çox nadir səbəblərindən birisidir. Ama buna baxmayaraq müalicə olunsa qan təzyiqi normal olur, müalicə olunmasa ölümə gətirib çıxara bilər. Əsasən böyrəküstü vəzin şişləri nəticəsində formalaşır. Bu zaman vəz həddinfən çox adrenalin və noradrenalin ifraz edərəl ürək və damar sisteminə zərər verir.
Ataklar şəklində ürək döyüntüsü, tərləmə, baş ağrısı, üz rənginin avazıması və qızarması, təzyiqin qalxıb düşməsi ən əsas əlamətlərdir. Bəzən isə heç bir şikayət olmadığı halda qeyd edilə bilər. Şüphəli olan xəstələrdə qan və idrar müayinəsi aparılır. Analizlərin düzgün olması üçün xəstə hər hansısa bir dərman qəbul edirsə onu kəsib 3 gün qabaq müəyyən diyeta saxlamalıdır. Qan və/və ya idrar analizlərin normadan 2-3 qan çox çıxması xəstəliyi təstiqləyir. Bundan sonra MRT müayinəsi ilə şişin yeri təyin edilir. Xəstəliyin müalicəsi cərrahi əməlliyatla şişin götürülməsidir. Ancaq əməliyyat xüsusi xəstəxanalarda olmalıdır və bu xəstələrə xüsusi baxım və təqib edilməlidir.
Böyrəküstü vəz şişləri adətən (70-80 %) xoşxassəli olub heç bir cərrahi müdaxilə tələb etməyən şişlərdir. Əsas məqsəd MRT müayinəsi ilə şiş xoş və ya bədxassəli olub olmamağını müəyyənləşdirib hormon ifrazatının hansı səviyyədə olduğunu ortaya çıxarmaqdır. Əgər şüphəli xəstələrdə hormon sekresiyasında artım qeyd olunub və ya kütlənin ölçüsü 10 mm-dən çoxdursa cərrahi müdaxilə tələb oluna bilər.
Adrenal karsinomalar nadir rast gələn bədxassəli şişlərdir və proqnozu pisdir. 60 %-i aktivdir və çox zaman Kuşinq sindromuna yol açır. Şişin ölçüsü 6 sm və çox olur. Müalicəsi cərrahi yolla total rezeksiyadır. Cərrahiyədən başqa mitotan preparatı da istifadə edilir.
Kongenital adrenal hiperplaziya genetik xəstəlikdir. 2 tipi vardır : klasik ( yəni təzə doğulmuş dövrdə başlayan) və geç başlayan (əlamətləri yetkinlik dövründə ortaya çıxır). Klassik tip daha ciddi xəstəlikdir və qız uşaqlarında cinsi inkişafının pozulması ilə özünü göstərir. Oğlan uşaqlarında isə bu xəstəlik 5-10 yaşlarında görülür.
Gec başlayan tip qızlarda yetkinlik dövründə tüklənmə və adət düzənsizliyinə yol açır və polikistik over sindromuna çox bənzəyir.
Oğlan uşaqlarında isə gec başlayan tipin klinik əlamətləri olmur, sonzuqluq problem ilə müayinə zamanı qeyd oluna bilər. Müalicəsi endokrinoloq tərəfindən aparılır.
Adisson xəstəliyi böyrəküstü vəzin funksiya etmədiyi zaman inkişaf edir.
Əlamətləri bunlardır: Halsızlıq, tez yorulma, iştahsızlıq, çəki itirmə, bulantı, qusma, dəri rənginin tündləşməsi, baş dönməsi, əzələ və oynaq ağrıları və s. Bəzən bu simptomlar kəskinləşə bilər və onlara qızdırma, qarın ağrısı, şuurun itməsi əlavə oluna bilər. Buna “adrenal kriz” deyilir.
Adisson xəstəliyinin müalicəsi çatışmayan hormonların preparat şəklində qəbul edilməsindən ibarətdir. Dərmanları buraxmadan çox diqqətli şəkildə müəyyən saat və dozada qəbul etmək lazımdır. Müalicə adətən ömür boyu davam edir və dərmanların və ya öz xəstəliyinizin hansısa bir yan təsirləri və ya yeni şikayətlər olduğu təqdirdə həkimə xəbər vermək lazımdır.
Aşağıdaki hallarda həm özünüz həm də yaxınlarınızda ola biləcək testikular çatışmazlıq əlamətlərini aşkar etdiyiniz zaman mütləq endokrinoloqa müraciət edin:
Gec ortaya çıxam kişi hipogonadizmi normal inkişaf və normal ikincili cins əlamətləri olan kişilərin iləri yaşda aşağı testosteron, yaşla əlaqəli xəstəliklər və ümumi sağlıq pozğunluqlarının müşahidə etdiyi klinik və biokimyəvi əlamətlərin bir yerə toplandığı sindromdur. Bu sindromdan şüphəsi olan xəstələr araşdırılmalıdırlar və mütləq sabah 07:00-10:00 arası ümumi testosteron səviyyəsi yoxlanılmalıdır. Diaqnoz qoyulub müalicəsi başlanan xəstələrə ola bilən yan təsirlər başa salınmalıdır və xəstələr periodik olaraq kontrol müayinəyə çağırılmalıdır.
Kişilərdə süd vəzilərinin böyüməsi həyatın müxtəlif mərhələlərində fizioloji ola bilsə də bir çox səbəbdən patoloji olaraq inkişaf edə bilər. Fizioloji ginekomastiya həm yenidoğan, həm də yeniyetmələrdə və böyüklərdə 6 aydan az müddətdə spontan olaraq geriləyə bilər. Xəstələr diqqətli müayinə edilməli, ehtiyac olarsa müəyyən testlərdən keçib araşdırılmalıdır. Ginekomastiya ən vacib olaraq süd vəzi karsinomasından ayırd edilməlidir. Ayrıca xəstəyə bir çox dərman preparatlarının süd vəzisinin böyüməyinə səbəb ola bildiyini və istifadə olunduğu halda doktora məlumat vermək lazım olduğunu başa salmaq lazımdır.
Ginekomastiya altda yatan səbəbin müalicısi olursa sadəcə təqib edilir. Əgər müalicə ilə birlikdə süd vəzisinin inkişafı geriləmirsə, cərrahi müalicə və radioterapiya tövsiyyə oluna bilər.
Tüklənmə artışı, adət düzənsizliyi, kişi tipli saç tökülməsi və akne qadınlarda kişi hormonu (androgen) yüksəkliyinin ən vacib əlamətlərindəndir. Hirsutizm normalda qadınlarda tük olmayan üst dodaq, alt çənə,sinə, göbək ətrafı, bel, üst qol və bul nahiyyəsində sərt, tünd və qalın tüklərin olmasına deyilir. Qadınlarda kişilərdədi kimi alın bölgəsində saç tökülməsinə kişi tipi saş tökülməsi deyilir.
Səsin qalınlaşması, adət olmama, sinədə kiçilmə, kişi tipli saç tökülməsi, kişi tipli əzələ inkişafı, kliteromegaliya olması nadir görülən virilizmin əlamətləridir.
Hirsutizmin formalaşmasında androgenlərin və dəridəki tük folikulların qarşılıqlı təsiri böyük rol oynayır. Androgen hormonların yüksəlişi adətən böyrəküstü vəz və yumurtalıqlardan qaynaqlanır.
Hirsutizmin ən əsas səbəblərindən birisi polikistik over sindromudur (PKOS). Xüsusilə doğuşdan sonra və qısa müddətdə kilo alan qadınlarda da hirsutizm və androgen yüksəkliyi əlamətləri izlənilir.
Virilizm isə adətən menopauzadan sonra ortaya çıxır və androgen sintez edən böyrəküstü vəz və yumurtalıq şişlərindən qaynaqlanır. Bəzi preparatlar da kişi hormonlarının səviyyəsini artıra bilər.
Hirsutizm diaqnozu üçün menstrual siklin 2-5 günlərində hormon və yumurtalıqların ultrasəs müayinəsi aparılır. Qeyd etmək lazımdır ki, fərqli pasientlərdə fərqli analizlər istənilə bilər və müalicə yanaşımı fərqli ola bilər. Artıq çəkili qadınlarda arıqlama nəticəsində adət düzənsizliyi və tüklənmədə düzəlmə qeyd edilir. Müalicədə əsas olan hormonal preparatlarla birlikdə ülgüc və lazer epilasiyası istifadə oluna bilər. Hormonal müalicənin effekti ən tez 6 sonra olur. Müalicə müddəti 2-3 il davam edə bilər. Əgər altda yatan əsas səbəb müalicə olunmazsa, hirsutizm yenidən əmələ gələ bilər.
Menopauza hər ay olan adət qanamalarının kəsilməsidir və 45-55 yaş qadınlar arasında müşahidə olunur. Menopauza dövründə yumurtalıqda yümürta hüceyrəsi, estrogen və progesteron hormonun sintezi dayanır. Menopauzadan əvvəlki dövrdə menstruasiya müddəti uzanıb qısala bilər və əvvəlkilərə nisbədən daha qısa ola bilər.
Menopauzada ən çox isti basması, gecə tərləməsi, yuxu problemləri, vagina quruluğu, diqqətin pozulması, unutqanlıq kimi əlamətlər görülür.
İki adət arası 3 həftədən az olarsa, qanama miqdarınız çox, menstruasiya dövrləri arasında ləkələnmə olarsa və ya menopauza olduğunuza baxmayaraq qanamalarınız olarsa həkiminizə müraciət etməlisiniz. Nizamsız adət görürsəniz hamilə qala bilərsiz, ama bir ildən adət görmürsüzsə hamilə qalma ehtimalınız yoxdur. Menopauzanın simptomlarının yüngülləşdirmək üçün nazik və pambıq tərkibli paltarlar geyinmək, isti şəraitlərdən qaçınaraq isti içkilərin və alkoqolu istifadəsini azaltmaq xeyirlidir. Siqaret qəbulu menopauza şikayətlərini artırır. Fiziki aktivlik sizi depresiyadan uzaqlaşdırar, sümüklərinizi bərkidər. Menopauza şikayətləri hormon və bəzi depressiya preparatları ilə müalicə edilə bilər.
Soya, noxud, mərcimək, kətan toxumu, taxıl, meyvə və tərəvəz bitki mənşəli estrogenlərdir və istifadəsi faydalıdır. Bitki məhsulları isə menopauza şikayətlərinə təsir göstərmir. Xüsusilə, süd vəzi xərçəngi olan qadınlar bitki maddələrindən istifadə etməməlidirlər.
Xəstə diaqnoz və müalicə müddətində psixiatr, endokrinoloq və cərrah kimi mütəxəssislər tərəfindən dəyərləndirməlidir. Transqender xəstələrdə hormon müalicəsi nəticəsində bədnində və reprodultiv qabiliyyətində geridönən dəyişikliklər olacaqdır. Cərrahi müdaxiləni qəbul etməyənlərdə hormonal müalicə mümkündür ancaq mütləq endokrinoloq nəzarəti altında aparılmalıdır. Xəstələr birinci il 3 aydan bir, sonra isə ildə 1-2 dəfə kontrol müayinədə gəlməlidirlər.