Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης “süzənək” və lat. mellitus “bal kimi şirin”) və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Bu xəstəlik qan şəkərini parçalayan və mədəaltı vəzdə sintez olunan insulin hormonuna qarşı yaranmış rezidentlik,insulin çatışmazlığı və ya heç olmaması nəticəsində baş verir. Normalda venoz qanda aclıq qan şəkərinin üst səviyyəsi 100 mq/dl,toxluq qan şəkərinin üst səviyyəsi isə 140 mq/dl-dir.
Prediabet və ya gizli şəkər diaqnozu necə qoyulur?
Şəkərli diabet diaqnozu necə qoyulur?
Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.
Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.Beynəlxalq Diabet Federasiyasının(IDF)məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olduğundan xəbərsizdir. Hər iki diabetlidən birisi diabet olduğunu bilmir.
Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib
Xəstəliyin ən sıx görülən əlamətləri bunlardır: qanda şəkərin yüksəlməsi ilə bağlı ağız quruluğu, susuzluq hissi (polidipsiya), aclıq hissi, tez-tez sidiyə getmə(poliuriya), çəki itirmə, yorğunluq.
Bu zaman bədən çox su itirir, su ilə də şəkəri. Buna görə bədən şəkəri enerji mənbəyi kimi istifadə edə bilmir və öz yağlarını əritməyə başlayır. Nəticə olaraq da xəstə arıqlayır. Şəkərin istifadə olunmamağı çoxlu yemək yemə, çəki itirmə, tez yorulmaq, halsızlıq, yaraların gec sağalması, dəridə və ya qadınlarda vaginal bölgədə göbələklərin əmələ gəlməsi ilə özünü biruzə verir. Xalq arasında da çox su içmək, tez-tez sidiyə getmək və çox yemək yeməyə baxmayaraq səbəbsiz arıqlamaq şəkər xəstəliyin əlamətləri sayılır.
Xəstəliyin yaranma faktorlarına görə bir neçə tip şəkər xəstəliyi ayırd edilir:
Tip 1 DM zamanı mütləq insulin çatışmazlığı vardır, bəzi hallarda isə insulin heç sintez olmur. 90 % hallarda autoimmun xəstəlikdir, qalan 10 % isə mədəaltı vəz hüceyrələrinin məhvi ilə əlaqəlidir. Bu tip adətən 30 yaşına kimi başlayır. Üç pik dövrü var: məktəb qabağı ( 6 yaş), yeniyetmə dövrü (13 yaş) və gənclik dövrü(20 yaş). Şəkər yüksəkliyinin əlamətləri olan ağız quruluğu birdən ortaya çıxır. Xəstə ya normal çəkisində olur, ya da arıqlayır. Müalicə olunmadığı zaman xəstə diabetik komaya girə bilər və həyatını itirə bilər. Komanın əlamətləri : bulantı, qusma, qarın və ya sinə bölgəsində ağrılar, halsızlıq, nəfəs darlığı, isti və quru dəri, ürək döyüntülərinin sürətlənməsi və s. Nəfəsdən aseton iyisi gəlir. Bu vəziyyətdəki xəstə mütləq xəstəxanaya yatırılmalıdır çünki insulin və lazımi müalicə alınmazsa xəstə komaya girər və bu hal ölümlə nəticələnər.
Tip 1 DM müalicəsində insulin inyeksiaları və tibbi gidalanma şərtdir. Bundan əlavə fiziki aktiv olmağı, diabet haqqında tam təhsil alıb evdə özü özünün qan şəkərinin ölçməyi (self monitoring of blood glucose - SMBG) bacarmalıdır.
Tip 2 DM səbəbi insulinə qarşı müqavimət və ya insulin sekresiyasının azalmasıdır. Daha çox 30 yaşından yuxarı və artıq çəkisi olan insanlarda müşahidə olunur. Bu xəstəlik zamanı genetik faktor çox böyük rol oynayır. Belə ki, əgər ana və atada DM varsa uşaqlarda DM riski 38 % qədər artır. Xəstəliyin başlaması yavaşdır, xəstənin demək olar ki heç bir şikayəti olmaz. Bəzi xəstələrdə isə bulanıq görmə, əl və ayaqlarda uyuşma, ayaq ağrıları, təkrarlanan göbələk enfeksiyaları və ya yaraların gec sağalması müşahidə olunur. Bu xəstələr düzgün müalicə almasa, yaşlandıqca damar bərkiməsi baş verir(ateroskleroz), ürək və damar xəstəlikləri nəticəsində sağalmayan yaralar və ya qanqrenlər formalaşır. Uzun zaman müalicəsiz qalan xəstənin göz problemləri, uremiya nəticəsində böyrək çatışmazlığı və koma nəticəsində ölüm baş verə bilir.
Bəzi hamilə qadınlarda insulinə qarşı müqavimət və genetik yatqınlıq nəticəsində yüksək qan şəkəri müşahidə olunur. Buna Hamiləlik Diabeti deyilir. Hamilə qadınlarda yüksək qan şəkəri səviyyələri ilk həftələrdə dölün organlarının normal formalaşmasına mənfi təsir edir, düşüklər və erkən doğuma gətirib çıxara bilər. Uşaqlar bəzi organ anomaliyaları, diyabetə meylli və böyük çəkidə ( 4 kg-dan artıq) doğulurlar. Bununla bərabər böyük döl qadında nəfəs, ürək problemləri və doğum zamanı yırtıq, qanamalara səbəb olurlar.
Hamiləlik zamanı yüksək qan şəkəri təyin olunan qadınların 10-15 %-də 10 il içində Tip 2 DM formalaşma riski yüksəkdir. Bu səbəbdən hamilə qadınların həkimə ilk müraciət etdikləri zaman qan şəkərini yoxlanılmalı və ideal olaraq hamiləliyin 24-28 həftəsində şəkər yükləmə testi aparılmalıdır. Diabet təstiqlənərsə lazımi formada müşahidə və müalicə aparılmalıdır.
Diabet müalicəsinin ən əsas bəndləri tibbi gidalanma, fiziki aktivlik və dərman müalicəsidir ( preparat və ya insulin). Diyeta müalicəsi və məşqlər həm Tip 1, həm də Tip 2 DM xəstələri üçün vacibdir.
Tibbi gidalanma dedikdə 3 əsəs və 3 ara olmaq şərtilə gündə 6 dəfə az porsiyada gida qəbul nəzərdə tutulur. Əks göstəriş yoxdursa, hər gün və ya gün aşırı 20-30 dəqiqə nəzarət altında məşqlər tövsiyyə olunur.
Dərman müalicəsi. Diabet müalicəsi üçün preparatlar çoxdur. Sizə uyğun olanı həkiminiz seçməlidirvə siz Həkiminiz yazdığı dozasa və saatda onları qəbul etməlisiz.
Tip 1 DM xəstələri insulin ilə müalicə olunurlar. İnsulinlər təsir müddətinə və vurulma texnikasına görə dəyişirlər və hər xəstə üçün ona uyğun olaraq seçilir.
Tip 2 DM xəstələri uzun zaman tək tibbi gidalanma və fiziki aktivlik ilə qan şəkərini kontrol altında saxlaya bilirlər. Ama bir müddət sonra preparatların kömətiyə ehtiyac ola bilər. Xəstələr müəyyən aralıqlarla AQŞ (aclıq qan şəkəri), TQŞ (toxluq qan şəkəri- yəni yemək yeməyə başlayandan 2 saat sonra) ölçməli və günlük şəkərin səviyyəsinə görə müalicə olunmalıdır.
Xəstənin son 3 ay ərzində olan qan şəkəri səviyyəsinin qanda Hemoglobin A1c (HbA1c) ilə müəyyənləşdirmək olar. İdeal səviyyə 4-6 % arasındadır.
Elmi araşdırmalar göstərir ki, diabetik xəstələrdə qan şəkərini normal və ya normala yaxın səviyyədə qorumaq üçün müalicə edilsə diabetik ağırlaşmaların qarşısı almaq və ya onların yaranmasını gecikdirmək mümkündür. Buna görə diabet xəstələri həmişə həkim nəzarəti altında qalıb onların tövsiyələrini tətbiq etməlidirlər. Uzun müddət yüksək olan qan şəkəri səviyyəsi həmişə mənfi nəticələrə səbəb olacaqdır. Xəstələr hər “bugün bu şirniyyatı yesəm bir şey olmaz” ya da “bugünki məşq sabaha qalsın” dedikləri zaman sadəcə özlərini aldadırlar ama öz metabolizmanızı aldatmaq mümkün deyil. Onlar bu “tənbəlliklərin” mənfi nəticələrini daşıyacaqlarını unutmamalıdırlar.