D vitamini başda sümüklər olmaqla bədənimizin bir çox yerində vacib vəzifələri olan vitamindir.
D vitamini çatışmazlığı və ya azlığı böyüklərdə Osteomalasiya, uşaqlarda isə Raxit xəstəliklərinə səbəb olur.
D vitamini çatışmazlığın qabağını almaq üçün günəşlənmək və D vitamini tərkibli qidalar qəbul etmək lazımdır. Ama bütün tədbirlərə baxmayaraq bir sıra ölkələrdə və qocalarda D vitamini çatızmazlığı ciddi sağlıq problemlərinə yol açır.
D vitamini nədir?
D vitamini yağda həll olan vitamindir və bədənimizdə aşağıdakı funksiyaları yerinə yetirir:
D vitaminin təbii qaynaqları
D vitamini günəş ışıqları təsiri altında dəridə əmələ gəlir. Əgər Siz hər gün qollarınız, ayaqlarınızı və üzünüzü örtülməmiş vəziyyətdə 20 dəqiqə günəşin altında saxlasanız, Siz günlük D vitamini dozanızı almısız deməkdir. Lazimi günəş işığının miqdarı insanin dəri rəngindən, yaşından, günəşlənmə müddəti (20 dəqiqədən az və ya çox) və varsa başqa tibbi problemlərə görə dəyişir.
D vitaminin dəridə əmələ gəlməsi yaşla azalır. Tünd dərililərdə isə vitamin D nin dəridə əmələ gəlməsi üçün günəş altında çox qalmasına ehtiyac var, xüsusilə də qış aylarında. Qeyd edək ki, günəş kremləri (SPF faktoru 20 və çox olan) istifadə edənlərdə D vitamini əmələ gəlmir.
D vitaminin başqa qaynaqları
Bəzi gidalarda D vitamini təbii olaraq vardır ( yağlı balıqlar, balıq yağı, yumurta, kürü, bəzi göbələk növləri...)
Kərə yağı, süd, yulaf, yumurta sarısı, qaraciyər, xüsusilə yağlı olan dəniz balıqlarından somon, tuna balığında vardır. Bitkilərdən cəfəri, yoncada mövcuddur. Bəzi ölkələrdə süd və süd məhsulları, çörək, taxıllar D vitamini ilə zənginləşdirilir. Ölkəmizdə hələ ki belə bir metod tətbiq olunmur.
D vitaminin çatışmazlığının səbəbləri
D vitan çatışmazlığının 3 əsas səbəbi var:
D vitamini az almama problemi
Körpələr, uşaqlar və yaşlı insanlarda daha çox rast gəlinir. Ana südündə D vitamini çox azdır, hazır mamaların bəziləri D vitamini ilə zənginləşdirilmişdir. Yaşlılar xəstəlikləri ilə bağlı özlərinə gida məhdudiyyəti qoyduqlarından (damar sərtliyi və s.) süd və süd məhsullarından, yağlı balıqdan uzaq durmağa çalışırlar. Bununla birlikdə gida qəbulu normal olsa belə bağırsaqdan D vitaminin sorulması azalmışdır.
Kifayət qədər günəş işığı almama problemi
Körpələrin və uşaqların uzun müddət günəş altında qalmaqları dəri xərçəngi riskini artırdığından həkimlər tərəfindən tövsiyyə edilmir. Kök, tünd dərililər və yetərsiz günəş işığı alanlarda D vitamini yetərsizlik riski var. Qocaldıqca bədəndə D vitamini əmələ gəlməsi və vitamin deposu azalır. Bu vəziyyət qış aylarında və şimal bölgələrində yaşayanlar arasında daha çox görülür. Yay aylarında isə günəş kremlərin istifadəsi D vitaminin dəridə əmələ gəlməsinin qarşısını alır.
D vitaminin sorulmasının qarşısını alan xəstəliklər
Bəzi xəstəliklər D vitaminin bağırsaqdan sorulmasına mane olur. Seliakiya, Kron xəstəliyi və kistik fibroz bu xəstəliklər arasındadır.
Mədə və bağırsaqların bir hissəsi çıxarıldığı zaman və artıq çəki müalicəsində istifadə olunan gastric-bypass əməliyyatından sonra da D vitamini əksikliyi görülə bilər.
Dərmanlar
Kortikosteroidlər (kortizon) kalsiumun sorulmasını və D vitaminin metabozlizmini pozaraq osteoporozun yaranmasına yol aça bilər. Köklük müalicəsində istifadə olunan ornistat və xolesterol tərkibli Xolestiramin D vitaminin bağırsaqlardan sorulmasının qarşısını alır. Epilepsiya müalicəsində istifadə olunan fenobarbital və fenitoin tərkibli dərmanlar D vitaminin qaraciyərdə aktiv formaya çevrilməsinə mane olaraq təsirinin azaldır.
Qaraciyər və böyrək xəstəlikləri
Qaraciyər və böyrəkdə dəriyə gələn günəş işığı ilə əmələ gələn və ya gidayla aldığımız D vitamini aktiv hala çevirən maddələr (enzimlər) var. Xroniki qaraciyər və ya xroniki böyrək çatışmazlığı olan insanlarda bu maddələr yetərli miqdarda olmurlar. Buna görə D vitamini aktiv formaya çevrilmir və onun çatışmamazlığı ortaya çıxır.
Bəzi ailəvi xəstəliklərdə də D vitamini çatışmamazlığı rast gəlinir.
D vitamini çatışmamazlığının nəticələri nələrdir?
D vitamini yetərsizliyi
D vitaminin qanda görünən şəkildə az olması D vitamini yetərsizliyi adlandırılır, diqqətə çarpan əlamətləri və simptomları yoxdur.
D vitamini əskikliyi və çatışmamazlığın tanınması və müalicə edilməsi sümüklər, əzələlər və yuxarıda göstərilmiş (Hipertenziya, ürək və damar xəstəlikləri, xərçəng və s.) başqa bir çox xəstəliklərin qarşısının alınması baxımından çox vacibdir.
D vitaminin əskikliyinin tanınması
D vitamini əksikliyi və ya çatışmazlığı diaqnozu qanda baxılan D vitamini (25OH) səviyyəsi ilə qoyula bilər.
D vitamini səviyyəsi kimlərdə yoxlanılmalıdır?
D vitamini səviyyəsi analizi bahalıdır və müntəzəm olaraq ölçülməməlidir.
Qanda D vitamini səviyyəsi yoxlanılmalıdır.
D vitamini əskikiliyinin müalicəsi D vitamini preparatları ilə edilir.
Ölkəmizdəki preparatlar ya sadəcə D vitamini və ya kalsium ya da multivitaminlər şəkilində var. D vitamini damla, sirop,draje, kapsula, ciynəmə tableti, suda həll olan tabletlər və ampula formasında apteklərdə satılır.
Qəbul edilməli doza
Doza D vitaminin nə qədər aşağı olduğunavə səbəbinə görə individual olaraq dəyişir. Bu səbəbdən dozanız həkiminizlə qərar verilməlidir.
D vitamininin bağırsaqdan sorulma problemi olanlarda D vitamini inyeksiya yolu ilə verilir.
Diqqət etməlisiz ki:
D vitamini müalicəsi ilə birlikdə kalsium preparatları da qəbul edilməlidir
Kalsium gəm gidayla, həm də D vitamini preparatları ilə birlikdə alına bilər.
Yan təsirləri
D vitaminin həddindən çox qəbul edilməsi D vitamini zəhərlənməsi kimi təhlükəli hal yarada bilər. Bu vəziyyətdə qanda kalsium yüksəlir (hiperkalsemi) və bununla bağlı sağlıq problemləri orta çıxır. Bunun qarşısını almaq üçün dərman təlimatları diqqəttlə oxunmalıdı və bir neçə D vitamin tərkibli dərmanlar eyni vaxtda qəbul edilməməlidir (məsələn, multivitaminlər və D vitamini preparatını bir yerdə qəbul etmək olmaz).
D vitamini əskikliyinin qarşı alınması
Normal D vitamini səviyyəsinə sahib olmaq üçün günlük qəbul edilməli D vitaminin miqdarı dəri rəngi, günəşlənmə, gida rasionu və altda yatan başqa xəstəliklərlərin olub olmamasına görə dəyişir.
Dəridə yetərli D vitaminin əmələ gəlməsi üçün həftədə ən azı 2 dəfə (10:00-15:00 sattlarından başqa) üz, qollar, ayaqlar və boynun günəş qoruyucu vurulmadan 2-30 dəqiqə gün işığı altında qalması D vitamini sintezi üçün yetərlidir. Dumanlı havaların sıx olduğu bölgələr, fabrika dumanları və ya maşın eqzozları ilə çox kirlənən havaya görə bağlı geyimlər geyinildiyinə görə D vitaminin az ifraz olunur.
Ümumi olaraq böyüklərdə normal D vitamini səviyyələri olması üçün lazımi D vitamin dozası 400-800 İU-dir. Körpələr və uşaqlar üçün də verilən multivitaminlərin çoxusuna da D vitamini əlavə olunur.
Ölkəmizdə körpələr üçün D vitamini damla formasında buraxılır və uşaqlar üçün ən uyğun formadır.