Hipofiz beynin alt hissəsində yerləşən 0.5 gram ağırlığında və fərqli hormonlar ifraz edən endokrin vəzdir.
Hipofiz vəzin vəzifələri nələrdir?
Hipofiz vəzi müəyyən vəzlərin işləməsini təmin edir yəni onları fərgli hormonlar ilə idarə edir.
Bu vəzlərdən 5 əsas hormonlar bunlardır:
TSH (tiroid stimullaşdırıcı hormon): boğaz nahiyəsində yerləşən tiroid vəzin ifraz etdiyi hormları kontrol edir və bu hormonlar olmadığı təqdirdə həm zehni həm də bədəndəki metabolik fəaliyyətlər yavaşlayır.
FSH/LH ( reproduktiv organları stimullaşdırıcı hormonlar): kişilərdə testisləri, qadınlarda isə yumurtalıqları stimullaşdıraraq cinsi funksiyanı və reproduksiyanın davamını təmin edir.
AKTH ( böyrəküstü vəzi stimullaşdırıcı hormon) : böyrəküstü vəzdən kortizol hormonun ifrazını təmin edir. Kortizol immun sistemin nizamla işləməsini, təzyiq və damarlardakı mayenin yetərli səviyyədə olmasını təmin edir.
GH (böyümə hormonu): yetkinlik dövründə boyumuzun uzanmasını təmin edir.
Prolaktin (süd ifrazı stimullaşdırıcı hormon): Qadınlarda doğuşdan sonra əmzirmənin yerinə yetirməsini təmin edir.
Hipofiz vəzinin xəstəlikləri nələrdir?
Hipofiz vəzindən ifraz olunan hormonun azlığı və ya çoxluğu ilə müşahidə olunan 2 grup xəstəlik var. Əgər 5 əsas hormonlardan biri və ya bir neçəsi az ifraz olunarsa buna Hipofiz çatışmazlığı deyilir. Vaxtında və düzgün şəkildə təyin edilərsə müalicəsi mümkündür.
Hipofiz çatışmazlığının səbəbləri nələrdir?
Ən əsas səbəblərdən birisi adenomalardır (adenoma: xoşxassəli şiş). Bundan başqa avtomobil qəzası və ya boks kimi ağır idman növlərində alınan kəllə travmaları yer alır.
Hansı hallarda hipofiz çatışmazlığından şüphələnmək lazımdı?
Ən əsas xüsusiyyəti əlamətlərin yüngül olmasıdır və yavaş inkişaf etməsidir.Buna görə də xəstələr fərqinə varmadan illərcə hipofiz xəstəliyi ilə yaşaya bilərlər. Ona görə aşağıda sıralanan əlamətlərə diqqət yetirmək lazımdır:
Baş ağrısı və görmədə zəiflik (görmə sahəsinin itkisi): hipofiz adenomalarının və ya başqa kütlələrin hipofiz vəzinin üstündə yerləşən göz sinirini təzyiqi nəticəsində ortaya çıxır. Yüngül zəifliklə başlayıb bir müddət sonra tam görmə tam itə bilər. Erkən diaqnoz qoyulması və hipofiz kütləsinin çıxarılmasından sonra görmə itkinliyi geriləyər.
Kişilərdə cinsi funsksiyanın azalması, istənildiyihalda uşaq olmaması (infertilite), bədən tüklənməsinin azalması.
Qadınlarda adət görmənin azalması və ya adət qanaxmalarının tamamilə kəsilməsi (amenoreya), istənildiyi halda uşaq olmaması (infertilite)
Üşümə, yuxu istəyinin artması, çəki almaq, dəri quruluğu, yorğunluq, halsızlık, arterial təzyiqin aşağı olması, həddindən artıq su içmək və ayaq yoluna getmək(gündə 2.5-3 lt çox su itimək), aclığa dözümsüzlük. Bu əlamətlər hipofiz yetməzliyi üçün tipik deyil, ama əgər uzun müddət müşahidə olunursa və müalicə ilə keşmirsə, hipofiz çatışmazlığı düşünülməlidir.
Hipofiz vəz problemindən şüphələnirəmsə nə etməliyəm?
Siz həkim-endokrinoloqa müraciət etməlisiz. Əgər MRT müayinəsi zamani hipofiz adenomu və ya başqa kütlə müəyyən edilibsə, beyin cərrahlarının köməyinə ehtiyac ola bilər.
Hipofiz çatışmazlığının müalicəsi necə edilir?
Həkim-endokrinoloq fiziki və radioloji müayinə, müəyyən analizlərdən sonra çatışmayan hormon yerinə qoyulması məqsədilə müalicə başlayır. Müalicənin müddəti hormonun tipinə və çatışmazlığın dərəcəsinə bağlıdır. Buna görə mütəmadi kontrol müayinəsindən keçib düzgün şəkildə müalicə alaraq həm şikayətlərdən azad olur, həm də xəstəliyinizin geriləməsinə nail olursunuz.