Tüklənmə artışı, adət düzənsizliyi, kişi tipli saç tökülməsi və akne qadınlarda kişi hormonu (androgen) yüksəkliyinin ən vacib əlamətlərindəndir. Hirsutizm normalda qadınlarda tük olmayan üst dodaq, alt çənə,sinə, göbək ətrafı, bel, üst qol və bul nahiyyəsində sərt, tünd və qalın tüklərin olmasına deyilir. Qadınlarda kişilərdədi kimi alın bölgəsində saç tökülməsinə kişi tipi saş tökülməsi deyilir.
Səsin qalınlaşması, adət olmama, sinədə kiçilmə, kişi tipli saç tökülməsi, kişi tipli əzələ inkişafı, kliteromegaliya olması nadir görülən virilizmin əlamətləridir.
Hirsutizmin formalaşmasında androgenlərin və dəridəki tük folikulların qarşılıqlı təsiri böyük rol oynayır. Androgen hormonların yüksəlişi adətən böyrəküstü vəz və yumurtalıqlardan qaynaqlanır.
Hirsutizmin ən əsas səbəblərindən birisi polikistik over sindromudur (PKOS). Xüsusilə doğuşdan sonra və qısa müddətdə kilo alan qadınlarda da hirsutizm və androgen yüksəkliyi əlamətləri izlənilir.
Virilizm isə adətən menopauzadan sonra ortaya çıxır və androgen sintez edən böyrəküstü vəz və yumurtalıq şişlərindən qaynaqlanır. Bəzi preparatlar da kişi hormonlarının səviyyəsini artıra bilər.
Hirsutizm diaqnozu üçün menstrual siklin 2-5 günlərində hormon və yumurtalıqların ultrasəs müayinəsi aparılır. Qeyd etmək lazımdır ki, fərqli pasientlərdə fərqli analizlər istənilə bilər və müalicə yanaşımı fərqli ola bilər. Artıq çəkili qadınlarda arıqlama nəticəsində adət düzənsizliyi və tüklənmədə düzəlmə qeyd edilir. Müalicədə əsas olan hormonal preparatlarla birlikdə ülgüc və lazer epilasiyası istifadə oluna bilər. Hormonal müalicənin effekti ən tez 6 sonra olur. Müalicə müddəti 2-3 il davam edə bilər. Əgər altda yatan əsas səbəb müalicə olunmazsa, hirsutizm yenidən əmələ gələ bilər.