Tiroid vəzi traxeanın qabağında boynun alt yarısında yerləşən kəpənək şəklində olan daxili sekresiyavəzidir. Tiroid vəzi, metabolik proseslərimizin əsas nəzarət elementi olan tiroid hormonlarını istehsal edir, depolayır və ifrazını təmin edir. Bu hormonlar bütün bədən toxumalarının və orqanlarının düzgün işləməsi üçün vacibdir. Tiroid hormonları bədənimizə enerji depolarını effektiv şəkildə istifadə etməyə və əzələlərin düzgün işləməsinə imkan verir.
Tiroid vəzi patologiyaları üçün risk altında kimlərdir?
Tiroid disfunksiyası bütün dünyada, xüsusilə də qadınlar arasında çox yaygındır. Qadınlarda tiroid problemləri yaşanma ehtimalı daha yüksəkdir və bu problemlər daha erkən yaşlarda başlaya bilər.
Hipotiroidizm tiroid vəzi nazikşləməsi, hipertiroidizm isə vəzin çoxişləməsi deməkdir. Tiroid xəstələrinin əksəriyyəti eutiroiddir (tiroidvəzinin normal fəaliyyəti).
Qadının həyatında ki, müəyyən dövrlər onu tiroid xəstəliklərinə daha həssas edir. Məsələn, yaxın zamanda doğuş baş verməsi və ya qadının menopauza dövrünə girməsi.
Cinsiyyətinizdən asılı olmayaraq, aşağıdakı hallarda tiroid disfunksiyası riski artmışdır:
Tiroid xəstəliklərini aşağıda sadalayıb onlar haqqında qısa məlumat vermək istəyirik:
Hipotireoidi – Tiroid vəzinin az işləməsi mənasına gəlir və simptomları xəstəninin iş və şəxsi həyatına çox negativ təsir göstərə bilər. Simptomları bunlardır:
Müalicə edilməzsə hipotireoidi daha ciddi ağırlaşmalara səbəb ola bilər və hətta həyatı təhlükə ortaya çıxa bilər.
Hipertireoidi, və ya tireoid vəzinin çox işləməsi ,tireoid vəzin həddindən çox tireoidit hormonunu ifraz etməsi və nəticədə bədnin metabolizmini sürətləndirməsidir.
Hipertireoidi fərqli səbəblərdən əmələ gələ bilər. Hipertireoidinin bir forması olan Graved xəstəliyi nəsildən nəsilə ötürülür və daha çox orta yaş qadınlarda rast gəlinir. Bundan əlavə çox sayda düyün və bəzi müvəqqəti tireoid iltihabları da tireoid hormonlarınızı artıra bilər.
Bu simptomlara diqqət edin:
Risk altında olanlar kimlərdir?
Müalicə olunmayan xəstəlik ürək ritminin pozulması gətirib çıxarır , qan təzyiqi artır, insult və ya ürək çatışmazlığı inkişaf edir. Menopauzaya girən xanımlarda hipertireoidi fonunda osteoporoz yaranda bilər, bu isə sümük qırığı riskini artırır. Bir tək simptomlar sizdə hipertiroidit olduğunu sübut etmir, mütləq fiziki müayinə və qan analizi lazımdır.
Gidalanmada yod yetərsizliyi tireoid vəzinin böyüməsinin ( guatr, zob kimi bilinən) ən əsas səbəbidir. Dünyada təxminən 700 milyon insanda yoy yetərsizliyi var. Guatrın əmələ gəlməsi tiroid vəzin yod yetərsizi ilə bağlı normal funksiya görməməsiylə əlaqəlidir. Bu zaman vəzin ölçüsü yavaş yavaş böyüyür və içərisində düyünlər əmələ gəlir. Tiroid vəzisi çox böyüyən insanın udma və nəfəs alma problemləri ortaya çıxır.
Düyün nədir və necə əmələ gəlir?
Düyünlər tireoid vəzində əmələ gələn ətrafı fərqli konsistensiyada olan yumru oval ???. Bəzi insanlarda bir, bəzilərində isə bir neçə düyünlər əmələ gələr bilər. Tireoid düyünləri çox yaygındır və insanların yarısında 60 yaçında qədər ən azı bir düyün formalaşır. Zob formalaşmasındaki kimi düyün formalaşmasında da gidalanmadaki yod yetərsizliyindən qaynaqlana bilər. Düyünün ölçüsü balaca olduğu təqdirdə düyün xəstəni narahat etməz və adətən profilaktik müayinədə, boyunu ultrasonografiyasında və ya KT-müayinəsində qeyd olunur. Düyünlər çox böyüdükdə bu simptomlar ortaya çıxa bilər:
Bu simptomları ozünüzdə qeyd etdikdə mütləq bir həkimə müraciət edilməlidir.
Axır 20-30 ildə tiroid xərçənginin rast gəlmə sıxlığı artmışdır, ancaq tiroid xərçəngindən ölümlərin sayarı azalıb.
Tiroid xərçənginin ən əsas 4 tipi vardır. Bu tiplər xəstənin yaşı, xərçəngin növü, ölçüsü və yayılma yatqınlığına görə ayırd edilir. Tiroid xərçəngi adətən müalicə edilir və əməliyyatla ondan birdəfəlik azad olmaq mümkündür.
Haşimoto tireoiditi (xronik tireoidit) immun sistemin öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr "tireositlər" adlandırılır) "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməsi nəticəsində yaranan autoimmun xəstəlikdir. Nəticədə, tiroid vəzi tədricən məhv edilir və bəzən tiroid hormonlarının səviyyələri qeyri-kafi olur. Xəstəlik ilərdikçə vəz daha az hormon istehsal edərək hipotiroidizm inkişaf edə bilər. Bəzi hallarda normalda kafi olan hormon səviyyəsi hamiləlik dövründə çoxalan hormon ehtiyacınl qarşılamaya bilər və bu zaman hamiləlik və süd vermə dövründə dərman dəstəyi almaq tələb oluna bilər. Sonra dərman kəsilib vəzin funksiyasını yetərli mi deyə yoxlanılır.
Simptomlar:
Risk altında kimlərdir?
Haşimoto tireoiditi hər yaşda ola bilər ama daha çox orta yaş qadınlarda və ailəsində tireoid xəstəlikləri olan insalarda meydana gəlir. İmmun sistemin tireoid vəzinə niyə hüfcum etdiyi yetərli öyrənilməyib. İnsanda tip 1 Diabet, vitiligo (dəridə ağ ləkələr) kimi autoimmun xəstəliklərin olması xronik tireoiditin riski artırır.
Haşimoto tireoiditi kimi Graves xəstəliyi də bədənin immune sistemi ilə bağlıdır. Bu zaman qalxanvari vəzi çox stimullaşdıraraq tiroid hormonları çox ifraz olunur (hipertiroidizm). Graves xəstələrinin 25-40 % -də oftalmopatiya(gözlərdə iltihab və gözlərin önə tərəf çıxmaslı) müşahidə olunur.
Risk altında kimlərdir?
40 yaşınadək olan qadınlar Qraves xəstəliyinin inkişafına xüsusilə meylli olurlar. Siqaret çəkənlər çəkməyənlərə görə daha çox risk altındadırlar. Ailə üzvlərində Graves xəstəliyinin olması da riski artırır.
Graves xəstəliyinin simptomları
Bu xəstəlik uzun müddət gözdən qaça bilər, ancaq aşağıdaki hipertireodit simptomlarını özünüzdə qeyd edə bilərsiniz:
Graves oftalmopatisinin simptomları aşağıdaki kimi sıralanır:
Qeyd etdiyimiz xəstəliklər ən sıx rast gələn tiroid xəstəlikləridir. Əgər siz hansısa birinin simptomlarını özünüzdə qeyd etmisizsə, uzatmadan mütləq endokrinoloqa müraciət edin. Fiziki müayinə, laborator testlər (hormon və bəzi biokimyəvi analizlər), ultrasəs müayinə, sintigrafiya, İİAB (İncə İynəli Aspirasion Biopsiya) tiroid xəstəliklərində ən əsas diaqnostik metodlardır. Bu metodlar sizin hansı xəstəlikdən əziyyət çəktiyinizi müəyyənləşdirib müalicə üsulunu seçməyə köməklik edəcək.