Kişilərdə şəkərli diabetin ən geniş yayılmış ağırlaşmalarından biri cinsi zəiflik və ya erektil disfunksiyadır.
Cinsi zəiflik – şəkərli diabetin tipik ağırlaşmasıdır və bu kişinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarır.
Şəkərli diabet xəstəliyi olan kişilərdə ereksiya pozuntusunun inkişaf etməsinin ən geniş yayılmış səbəbləri sinirlərin (polineyropatiya) və cinsiyyət orqanı damarlarının (angiopatiya) zədələnməsidir. Bu hissiyatın və cinsiyyət orqanında qan təchizatının pozulmasına səbəb olur.
Xəstələrdə bir neçə pozuntunun eyni zamanda mövcud olması halları da az deyil (misal üçün, cinsi zəiflik, cinsi həvəsin aşağı düşməsi və erkən boşalma), belə olan hallarda pozuntulardan hər birinin səbəblərini aydınlaşdırma və kompleks terapiyanın keçirilməsi zəruridir.