1. İlk qrupa fruktoza, ksilit, sorbit, aspartam daxildir hansı ki, bunlar müəyyən energetik dəyərə malikdir və enerji mənbəyidir. Şəkərin təbii əvəzedicilərini olan aqava, topinanbur, ağcaqayın şərbəti, bal, steviya öz kimyəvi tərkibinə görə şəkərdən daha şirin olur, bu da onlardan iki dəfə az istifadə etməyə imkan verir. 2. İkinci növ maddələrə isə heç bir enerji dəyərinə malik olmayan saxarin siklomat aiddir.
Əlbəttəki, bu cür şəkər əvəzləyiciləri olduqca qənaətlidir və kalori miqdarı olduqca azdır. Bu fakt bizi ondan müntəzəm istifadəyə təhrik edə bilər. Lakin bilməlisiniz ki, onu kor-koranə işlətmək qətiyyən yolverilməzdir.
Burada əsas zərərli proses bizim qida borumuzdan başlayır. Qida borumuz dadlı tam hiss edir və düşünür ki, indi nə isə bir pay qida alacaq amma onu aldadaraq yanıldırıq. Bu aldatmanın nəticəsi olaraq keçən 24 saat ərzində orqanizmə düşən hər hansı bir qidadan sonra güclü aclıq hissi yaranır.
Yəni daha aydın desək, təbii şəkərlə qidalandıqda insan orqanizmində lazımi miqdarda kalori qəbul etdikdən sonra təbii olaraq doyma prosesi baş verir. Lakin süni şəkər qəbul etdikdə orqanizmdəki bu təbii proses pozulur və insanda doymaq hissi yarana bilmir. Nəticə etibarı ilə normal ehtiyyacınız olan doymaq hissini qarşılayacayıq deyə artıq çəkilər alırsınız.
Həmçinin şəkər əvəzedicilərindən uzunmüddətli istifadə baş ağrısı, qulaqlarda səs, depressiya, allergiya və s. xəstəliklər əmələ gətirir və düşünülür ki, kanserogen xüsusiyyətləri mövcuddur. Eyni zamanda şəkər əvəzediciləri şəkərdən 200 dəfə daha şirindir.
Bütün bu zərərlərdən dolayı sizə məsləhətimiz, əgər şəkər əvəzedicilərindən istifadə şərt deyilsə (bu zaman ancaq 100% təbii dadlandırıcılardan istifadə edilməlidir) şəkərdən istifadə etmək istəyirsinizsə tək çarə şəkərdən yavaş yavaş imtina etməkdir.