Diabet ağır xəstəlikdir. Hər il diabetdən bir milyondan çox adam ölür və bu xəstəliyə bir çox insan tutula bilər. Xəstəlik bədənin qandakı şəkərin hamısını (qlükozanı) emal edə bilmədiyi vaxt başlayır. Diabet ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər.
Bu xəstəlik miqyası artan problemlərə aid edilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə bu gün dünyada 422 milyon insan diabetlə yaşayır - bu isə, son 40 il ərzində dünyada diabet xəstələrinin sayının 4 dəfə artdığını göstərir. 2016-cı ildə təxminən 1,6 milyon insanın ölümünə birbaşa diabet səbəb olub.
Beynəlxalq Diabet Federasiyasının təxminlərinə görə, böyüklər arasında diabet xəstələrinin təxminən 80 faizi yoxsul və adambaşına gəlir orta hesab edilən ölkələrin payına düşür.
İnkişaf etmiş ölkələrdə diabet xəstələrinə əsasən emal olunmuş və ucuz yeməklərə vərdiş etmiş aşağı gəlirli təbəqələrin təmsilçiləri arasında daha çox rast gəlinir.
Risklərə baxmayaraq, diabeti olan xəstələrin təxminən yarısı bundan xəbərsizdir.